Çində 53 maşın toqquşdu


Dünya 05 Fev 2018 10:54:00 244 0

Çində 53 maşın toqquşdu

Səhər saatlarında Çinin Yunnan vilayətində Kunmin-Çuçjou sürət şossesində 53 avtomobilin toqquşması ilə qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sişan rayon administrasiyası qəza nəticəsində 4 nəfərin öldüyü barədə bildirib.

Məlumata görə, qəzaya səbəb hava şəraiti olub. Belə ki, gecə saatlarında həmin rayonda qar və yağışla müşayiət olunan mənfi temperatur müşahidə olunub, yollar buz bağlayıb.