Çempionları da üstələdilər: iki bloqerin döyüşü


Digərləri 05 Fev 2018 10:58:00 194 0

Çempionları da üstələdilər: iki bloqerin döyüşü

Britaniyada dünyada ilk dəfə olaraq YouTube-un iki ulduzu arasında boks qarşılaşması olub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Uotfordda yaşayan, əsl ad və soyadı Olajide Uilyam Olatunji olan 24 yaşlı KSİ ilə Brayton sakini, 21 yaşlı Col Ueller rinqdə qarşılaşıblar.

Döyüşün YouTube-dakı translyasiyasına 1,6 milyon insan baxıb. Ümumlikdə isə döyüşün kabel  telekanalları və sosial şəbəkələrdəki yayımının 20 milyondan artıq tamaşaçısı olub.

Londondakı Olimpiya Parkında yerləşən "Copper Box Arena"da keçirilən döyüşə satılan biletlərin ən ucuzu 66 funt-sterlinq, ən bahalısı isə 100 min funt idi.

KSİ-Ueller döyüşünü referi 3-cü raundda saxlayıb. Səbəb KSİ-nin total üstünlüyü idi. Qarşılaşma KSİ-nin qələbəsi ilə başa çatıb.

Kompüter oyunlarını şərh edən iki bloqerin döyüşü bu minvalla, ötən il superağır çəkidə dünya çempionu titulu uğrunda Entoni Coşua və Vladimir Kliçko arasındakı qarşılaşmanın auditoriyasını təkrarlayıb.


Xəbərə aid fotolar