Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı FOTO


Digərləri 05 Fev 2018 10:49:00 253 0

Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı  FOTO

Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Betonzavod ərazisində, Gecəqondu məhəllələrindən birində baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.

Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub. 


Xəbərə aid foto