Şimali Koreya parlamentinin sədri Cənubi Koreyaya səfər edib


Dünya 05 Fev 2018 10:06:39 286 0

Şimali Koreya parlamentinin sədri Cənubi Koreyaya səfər edib

Kim Yon Nam qış olimpiya oyunlarının açılış mərasiminə qatılacaq

Şimali Koreya parlamentinin sədri Kim Yon Nam Cənubi Koreyaya səfər edib.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, o, qış olimpiya oyunlarının açılış mərasiminə qatılacaq.

Parlament sədrini səfərdə 22 nəfərlik nümayəndə heyəti müşaiyət edir.

Qeyd edək ki, ötən həftə Şimali Koreyadan 8 nəfərlik nümayəndə heyəti bu səfərə hazırlıq məqsədi ilə Cənubi Koreyaya səfər etmişdi.