Qubada 21 yaşlı oğlan özünü asaraq intihar edib


Sosial 05 Fev 2018 09:49:20 255 0

Qubada 21 yaşlı oğlan özünü asaraq intihar edib

Kamal Xanmədov həmin kafedə ofisant işləyirmiş

 Quba rayonunda 21 yaşlı oğlan özünü asaraq intihar edib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini,1997-ci il təvəllüdlü Xanmədov Kamal Bəxtiyar oğlu "Dostluq" kafesində özünü asıb. K.Xanmədov həmin kafedə ofisant işləyirmiş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.