Şoubiznesdə qadın maklerləri, aşıq Tellinin Məcnunu, Tünzalənin transparanı


Şou-biznes 05 Fev 2018 09:15:00 288 0

Şoubiznesdə qadın maklerləri, aşıq Tellinin Məcnunu, Tünzalənin transparanı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (157-ci say) təqdim edir.

Son yazılarda bəzi oxucular fotonun "yay rejimində" olduğuna irad bildirirlər. Sözün açığı, havalar isti keçdiyinə görə fotonu dəyişmək istəmədim. Həm də gələn ay yaz gəlir. Elə bir ayı da bu qısaqolla yola verə bilsək, əladı.

Tolik Nazpərinin başına tac qoyub. Bu tac söhbəti də böyüyüb, yekəlib, şişib və gəlib həcilərə qədər çatıb. Nadir Qafarzadə Toliki həcilərə, vəzifəli şəxslərə qadın daşımaqda ittiham edib. Daha doğrusu, ad çəkməyib, amma, saytlar həmin paylaşımı belə yozublar. İndi mən Nəsibə xanım demiş, imanımı yandırıb Tolikin, yoxsa Nadirin haqlı olduğunu deyə bilmərəm. Ancaq bu faktdır ki, şou-biznes adlandırdığımız bataqlığın bir hissəsi qadın alverinin qurbanıdır, bir qismi qadın alverçisidir, hələ aralarında maklerlik edənləri də var. Mən evin, bağ evinin, avtomobilin maklerini görmüşdüm, amma belə maklerliyi də indi gördüm.

Aşıq Telli verilişlərin birində sevgidən danışıb. Daha doğrusu. sevgiyə inanmadığını deyib:

"Mən elə şeylərə inanmıram. O adam mənim sənətimi qəbul etməlidir. İndi o "Leyli-Məcnun", "Əsli-Kərəm" sevgisi də yoxdur. Bu sevgilər təxəyyüldür, sadəcə. Sevdim, öldüm... Mən belə şeylərə inanmıram. Məcnunun başında quşlar yuva salıb, filan. Elə şeylər yoxdur".

Kimin nə zaman, hansı yaşda ailə qurması şəxsi işidir. Amma camaat 49 yaşda nəvə sevgisinə hazırlaşır, hətta o yaşda bu sevgini dadanlar da olur. Bu isə deyir ki, sənətimi qəbul etməlidir. Hansı sənəti? Əgər dingildəmək sənətdirsə, bu başqa məsələ. Amma sırf saz ifaçılığından söhbət gedirsə, Telli min aşıqdan doqquz yüzüncüsüdür.