Türkiyədə ağır yol qəzaları: ölən və yaralananlar var FOTO


Dünya 05 Fev 2018 08:43:00 286 0

Türkiyədə ağır yol qəzaları: ölən və yaralananlar var  FOTO

Türkiyədə ağır yol-nəqliyyat hadisələri baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Zonquldağdan Ankaraya gedən yolda avtobusun iştirakı ilə yol qəzası baş verib, nəticədə bir nəfər həyatını itirib, daha 16 nəfər isə yaralanıb.

Digər qəza İstanbulda baş verib. Metrobusların toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Qeyd olunur ki, qəzanın səbəbi yaş asfalt olub. Bəylikdüzündən Topqapıya gedən metrobus dayanacağda dayanan digər metrobusla toqquşub.