Bakıda ev yanıb: 5 nəfər təxliyə edilib


Digərləri 05 Fev 2018 08:12:00 273 0

Bakıda ev yanıb: 5 nəfər təxliyə edilib

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m² sahədə və dəhlizinin taxta atmaları 8 m² sahədə yanıb.