ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)


Digərləri 05 Fev 2018 08:05:57 272 0

ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

Bakı. Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib. Trend-ə səfirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak edib. Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını qeyd edib. Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib.