Hamilə qadınlar üçün ÖNƏMLİ MƏSLƏHƏTLƏR


Digərləri 05 Fev 2018 07:21:00 378 0

Hamilə qadınlar üçün ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Hər bir hamilə qadının ən böyük arzusu, sağlam övlad dünyaya gətirməkdir. Bunun üçün isə başlıca amillərdən biri, hətta birincisi düzgün qidalanmaqdır. Hamiləlik dövründə ananın məsuliyyəti ikiqat artdığı üçün daim həkim nəzarəti altında olmaq istəyir. Xüsusən də bu ilk təcrübədirsə... Bu səbəbdən son illər internet portalları və saytlarda gələcəyin analarına kömək məqsədi ilə gərəkli informasiyalar, tövsiyyələr, həkim məslələtləri yayımlanır. Lakin, təəssüf ki, Azərbaycan dilində bu qəbildən olan yazılar azlıq təşkil edir.

Son.az bunu nəzərə alıb, hamilə qadınların işinə yarayacaq əhəmiyyətli yazını təqdim edir.

Ümumiyyətlə, hamiləlik dövrü 3 trimestrə bölünür. İlk trimestr ən çətin dövr sayılır. Belə ki, bu aylar ərzində hamilə qadının iştahdan kəsildiyi "toksikoz" dönəmi başlayır. Toksikoz aylarında ananı narahat edən ilk sual dölün inkişafı olur. O, davamlı yemək yemirsə, körpəsinin də qidalanmadığını düşünür. Araşdırlmalara görə, hamiləliyin ilk aylarında dö, ananın orqanizmindəki vitamin və mikroelementlərlə qidalanır və əgər ananın bədəni sağlamdırsa, bu bir müddət dölə bəs edir. Məcbur yağlı, ağır xörəklər yeməyə ehtiyac yoxdur. Anadan tələb olunan az miqdarda da olsa, vitamin, kalsium və minerallarla zəngin qidalar qəbul etməkdir.

Toksikoz dönəmi bitər-bitməz hamilə qadın gündəlik rasionuna mütləq ət və ət məhsulları daxil etməlidir. Həftənin iki günü balıq əti yemək həm ananın, həm də doğulacaq körpənin sağlamlığına müsbət təsir edir. Bundan əlavə, gün ərzində bir ədəd toyuq yumurtası, süd və qatıq yeyilməlidir. Ağartı məhsulları, həmçinin mədə-bağırsaq sisteminin fəaliyyətini tarazlayır.

Ana olmağa hazırlaşan xanımlar hər gün mövsümi meyvə və tərəvəz qəbul etməlidirlər. Əgər ürəyiniz digər meyvələri də istəyirsə, çərəz formasında yeyə bilərsiniz. Süni şəkildə yetişdirilən meyvə, tərəvəzlərin tərkibi dərmanlı olduğundan bu həm ananın, həm də doğulacaq körpənin sağlamlığına zərər vura bilər.