2017ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab


Digərləri 05 Fev 2018 07:07:00 316 0

2017ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab

Əsrlər boyu kitablar insanların fərd olaraq, şəxsiyyət kimi formalaşmasına, zehni inkişaf və işgüzar qabiliyyətlərinin artmasına xidmət edən ən önəmli faktorlardan biridir. Nəşrlər arasında ixtisaslaşmış sahələr üzrə çap olunan elmi, fəlsəfi, texnologiya sahəsini əhatə edən xüsusi kitablar da az deyil. Hər il olduğu kimi bu il də nəşrlər arasında xüsusilə fərqlənən bir sıra kitabların siyahısı tərtib olunub. Siyahı texnologiya sahəsi üzrə ixtisaslaşmış kitablara şamil edilir.

Son.az 2017-ci ilin texnologiya sahəsinə aid ən çox oxunan 9 kitabın siyahısını təqdim edir:

1. Samanta Uolravens və Xizek Kebot - "Geek Girl Rising"

Kitabda müəlliflər texnologiya tarixini dəyişən qadınlardan, onların digər insanların düşüncələrini dəyişdirəcək təşəbbüslərindən bəhs edir. Kitabda xüsusilə, oyuncaq istehsalı ilə məşğul olan nəhəng "GoldieBlox"şirkətinin baş direktoru Debbi Sterlinq və "Gotham Gal Venture" investisiya fondunun sahibi Djoan Uilson haqqında geniş söhbət açılır.

2. Ceff Qudell - "The Water Will Come"

Ceff Qudell "The Rolling Stone" nəşrinin müəllifidir. Müəllif əsasən, iqlim dəyişiklikləri mövzusunda yazır. Kitabda cari ildə ümumiyyətlə, ilbəil suyun səviyyəsinin artmasından və bəşəriyyətin bu mövzunun nə dərəcədə ciddi təhlükə törədə biləcəyini hələ də dərk etməməsindən danışılır. Kitabda qeyd edilir ki, suyun səviyyəsinin yavaş-yavaş artması Yer kürəsində mövcud olan sahilboyu şəhərləri, bütün canlı təbiəti məhv edəcək. Bunun qarşısını heç bir texnologiya ala bilməyəcək.

3. Satya Nadella, Qreq Şou və Djill Treysi Nikols - "Hit Refresh".

Kitab birbaşa "Microsoft" şirkətinin baş direktoru Satya Nadella haqqındadır. Onun şirkətə yeni nəfəs verməsindən, korporasiyanın mədəniyyətinin, strukturunun tamamilə dəyişdirilməsindən və sürətli inkişafına səbəb olan layihələrindən bəhs edilir.

4. Skott Qellouey - "The Four: The Hidden DNA of Amazon, Apple, Facebook, and Google"

Kitabda texnologiyanın 4 nəhəngi - "Amazon", "Apple", "Facebook" və "Google" şirkətlərinin yaranma tarixlərindən, cəmiyyətdə təbliğindən və maraqlı layihələrindən bəhs edilir.

5. Con Brokman - "This Idea is Brilliant"