Omanın ilk qadın taksi sürücülərinə çəhrayı avtomobillər veriləcək


Dünya 05 Fev 2018 05:59:14 316 0

Omanın ilk qadın taksi sürücülərinə çəhrayı avtomobillər veriləcək

Qadınlar martdan taksi sükanı arxasına əyləşə biləcəklər

Martın 1-dən Omanda qadınlar taksi sürücüsü işləyə biləcəklər.

"Report" xəbər verir ki, bu barədə "Gulf News" nəşri bildirib.

Qeyd edilir ki, ölkə sakinləri sükan arxasında kimin əyləşdiyini dərhal biləcəklər. Belə ki, qadın sürücülərinin taksi avtomobilləri çəhrayı rəngdə və mavi güllərlə rənglənəcək.

Bu halda kişilərin sükan arxasına əyləşdiyi maşınlar narıncı və ağ rənglənib.