Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ


Digərləri 05 Fev 2018 02:30:00 390 0

Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ

40 yaşında dəri artıq elastikliyini itirir. Çoxları düşünür ki, yaşlılıq əleyhinə bahalı fransız kosmetikaları bu problemi aradan qaldıra bilər. Halbuki, belə deyil. Koreyalarıların dəri baxım məhsulları çoxdan dünya üzrə birincilik qazanıb. Təəccüblü deyil ki, koreyalı qadınlar yaşından çox cavan qalır. Çünki onlar əbədi gəncliyin sirlərini bilirlər.

Son.az əbədi gənclik sirləri ilə tanış edir.

Cənubi Koreyada hər kəs hesab edir ki, ideal dəri şüşə kimi hamar olmalıdır. Bu, bizim üçün qəribə səslənsə də, koreyalılar nəzakətlə izah edirlər ki, burada söhbət hamarlıq və təbii parıltıdan gedir. Koreyalıların gözəllik trendi də elə hamar dəridir. Lakin yağlı dəri ilə təbii parıltılını qarışıq salmaq olmaz.

Cənubi Koreya əbədi gənclik və dəriyə qulluq haqqında hər şeyi bilir. Yerli qadınlar amerikalı və avropalıların yeni-yeni öyrəndiyi sadə oyunu çoxdan başa düşüblər. Çünki nurlu və parıltılı dəri üzdə olan digər çatışmazlıqları vizual olaraq azaldır. Ona görə də böyüklü-kiçikli - hamı "şüşə dəri"adlı ideal gözəlliyə nail olmağa çalışır.