Günün qoroskopu: tamahkarlıq etməyin


Digərləri 05 Fev 2018 00:01:00 277 0

Günün qoroskopu: tamahkarlıq etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - işlərdə irəliləyişə dərhal nail olmaq mümkün deyil. Müdaxilələrə qarşı çıxın. Enerjili işləsəniz, uğur qazanacaqsınız. Nikbin olun, sədləri dəf edin. Məsuliyyətli, etibarlı insan təsiri bağışlayın.

Alış-veriş uğurlu olacaq.

Günün ikinci yarısında adi günlərdən fərqli olaraq ailə işləri və məişət qayğıları daha çox vaxt aparacaq. Ailədəki ab-havaya diqqət verin.

Pəhriz saxlamağa başlaya bilərsiniz.

Buğa - təmkinli olun, təxribatlara uymayın. Düşünülməmiş qərarlar xoşagəlməz vəziyyət yaradacaq. Başqasının badına getməyin. Aktiv fəaliyyətə can atsanız belə, cari işləri unutmayın. "Qlobal" sözünü unudun, ilk baxışdan xırda və mənasız təsir bağışlayan məqamların arxasındakı mənanı anlamağa çalışın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə anlayışla bağlı problem yaranacaq. Qarşı tərəfin tam fərqli mövqe tutduğu məsələ ilə bağlı müzakirələrə başlamayın.

Əsəblərinizə heyfiniz gəlsin.

Əkizlər - təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin. Ətrafınızdakı insanlar məsləhət verməyə çalışacaqlar və bununla da sizə mane olacaqlar. Eşitdiyiniz hər sözü ciddiyə almayın. Enerjili olun. Qüvvə və potensialınızı gərəkli məcraya yönəldin.

Hirsli, qıcıqlı davranmayın.

Günün ikinci yarısında fikrinizi və ya mövqeyinizi absolyut həqiqət sayaraq başqalarının da sizinlə razılaşmasına can atmayın. Ev işlərindən kənar durmayın. Gündəlik qayğılar qüvvə və vaxt tələb edir.

İşlərin bir qismini başqalarına həvalə etmək istəsəniz, narazılıq yaranacaq.

Səbrli olun.

Xərçəng - qərarlarınızda süst olmayın. Yaxın ətrafınızdakı insanlardan biri idiotizmə varıbsa, yaxud onda qəfil yaltaqlıq baş qaldırıbsa, belə məxluqdan uzaq durun. Yetərincə ağır vəziyyət olsa da, bir çox problemlərin öhdəsindən gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə çalışın.

Günün ikinci yarısında diqqətli, huşyar olun. Sınaq, imtahan zamanıdır.

Ötənlərdəki olaylardan biri ilə bağlı inciklik dəyər verdiyiniz insanla münasibətlərinizi sərinləşdirə bilər. Ailə üzvləri ilə fikir ayrılığı yaradan mövzunu yenidən qabartmayın, dartışma obyektinə çevirməyin. Münaqişələr istisna deyil.

Axşam saatlarında gəvəzə adamlara qatılmayın, dedi-qodu iştirakçısı olmayın. 

Şir - emosiyalarınıza hakim olsanız, qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Cari işləri təxirə salaraq efemer hədəfə aldanmayın. İllüziyalara qapılmayın. Əyləncə və istirahət zamanı deyil. Uzaq yola çıxırsınızsa, zəruri əşyaların alınması, yaxşı hazırlığın görülməsi şərtdir.

Günün ikinci yarısında gərginlik yaşanacaq. Əsas məsələ yaxınlarınızın ehtiyaclarını anlayışla qarşılamağınızdır. Qorxuya düşmüş insana ürək-dirək verin. Tamahınızın, hisslərinizin qulu olmayın. Səhhətinizi istəklərə fəda etməyin.

Qız - təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.

Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyun.