PKK Türkiyəyə 94 raket atdı


Dünya 04 Fev 2018 23:59:00 398 0

PKK Türkiyəyə 94 raket atdı

Türkiyənin Suriyanın Afrin bölgəsində 20 yanvarda başladığı "Zeytun budağ" əməliyyatından sonra terrorçular yaşayış məntəqələrinə raket zərbələri endirməyə başlayıblar.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, raketlərdən 60-ı Hataya, 34-ü Kilisə atılıb.

Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində 7 vətəndaş ölüb, 113 nəfər yaralanıb.

Qeyd edək ki, 15 gün ərzində Afrində 935 terrorçu zərərsizləşdirilib.