Öd yollarının diskineziyası


Digərləri 04 Fev 2018 23:35:00 496 0

Öd yollarının diskineziyası

Öd qaraciyər tərəfindən ifraz olunan xüsusi maddədir. Onun əsas vəzifəsi - yağların mənimsənilməsini yaxşılaşdırmaq və qidanın bağırsağa hərəkətini aktivləşdirməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, öd bağırsağa düşənə kimi öd yollarından keçir. Öd axarlarının xüsusi əzələsi olan Oddi Sfinkterinin işi pozulanda öd axarlarının durğunluğu - diskineziya xəstəliyi başlayır və beləliklə öd ifrazı ilə problem yaranır. Dünyada diskineziyadan əziyyət çəkən insan milyonlarladır. Bu xəstəliyə əsasən qadınlar daha çox tutulur.

Əsas səbəbləri: -Qeyri-düzgün qidalanma - çoxlu yağ, acı, istiotlu yeməklər, yemək arasında uzun fasilə -Mədə bağırsaq traktının müxtəlif xəstəlikləri - qastrit, xora, duodneit, pankreatit -Hormonal pozğunluqlar -Klimaks -Qurd invaziyaları -Stress, nevroz, depressiya

Orqanizmdə nə baş verir: Diskineziyanın 2 forması var: hiperkinetik - hipokinetik. Hiperkinetik formada öd kisəsinin tonusunun yüksəlib, yığılması güclü, sürətlidir. Sfinkterlər lazım olduğu qədər açılmır. Bu zaman öd olan nahiyədə ara-sıra ağrılar olur. Qadınlarda menstrual tsikl vaxtı kəskinləşmə olur, çünki bu zaman ödün tonusu ikiqat artır. Hipokinetik formada - əksinə, öd kisəsi lazımi qədər yığılmır. Bu zaman da sağ qabırğa altında tutmaşəkilli ağrılar olur. Əsasən 40 yaşından sonra insanlarda bu forma inkişaf edir. Bir müddət keçdikdən sonra öd kisəsi və yollarında iltihabi proses- xolesistit, xolangit başlaya bilər, öd daşları yaranar.

Diqqət: Əgər səhər yuxudan oyananda ağzınızda acılıq hiss edirsizsə, yaxşı yatsanız da səhər halsız olursuzsa, bütün günü pis əhvaldasınızsa, bir işi görməyə gücünüz yoxdursa, öd və öd yollarının disfunksiyasından şübhələnmək lazımdır. Yeyəndən sonra sağ qabırğaaltında tutma ağrılar başlayırsa, sizdə 70%diskineziyadır. Diskineziya qəbizlik və ya ishal yarada bilər, qadınlarda menstrual tsikli poza bilər. Diaqnostikası: -Qanın biokimyəvi analizi -Qarın boşluğu orqanlarının USM -Duodenal zondlama - zondla öd möhtəviyyatının yığılması -Rentgen - tolesistoqrafiya