Bu 3 sifət insanların məhəbbətini cəlb edər


Digərləri 04 Fev 2018 23:15:00 323 0

Bu 3 sifət insanların məhəbbətini cəlb edər

Loğman oğluna buyurur: "Oğlum! Heç kəsi paltarının köhnə olmasına görə həqir hesab etmə. Çünki sənin də, onun da Allahı birdir".

Beləliklə, İslam dini insanların zahiri əlamətinə görə onlara münasibət göstərməyi yasaqlayır.

Son.az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda, mübarək dinimiz insanların məhəbbətini cəlb edən gözəl xüsusiyyətləri bizə tanıdır.

İmam Cavad (ə) buyurur: "Üç sifət məhəbbəti cəlb edər:

1. İnsanlarla rəftarda insaflı olmaq.

2. Onların çətinliyinə həmdərd olmaq.

3. Mənəviyyatla birlikdə olmaq".

Mübarək buyuruşlarda başqaları üçün dua etməyin israrını görürük. Bəs bunun fəlsəfəsi nədir?

Həzrət Peyğəmbər (s) buyurur: "Salamatlığı başqaları üçün istə, Allah onu sənin ruzin edər".

Yəni, salamatlığı həm ona və həm də sənə verər. Həm səni bəhrələndirər, həm də onu. Beləliklə, insanın eqoizmdən, ancaq özünü düşünməkdən imtinası onun həm mənəvi durumunu zənginləşdirər, həm də dərhal hiss edə biləcək bəhrələr verər.

İnsan - ictimai varlıqdır. Bu baxımdan, qonşuların insana verdiyi qiymət - mübarək dinimizin nəzərində mühüm meyarlardan sayılır.