Bacılar partini bəzədilər brilyant qaşlı don FOTO


Digərləri 04 Fev 2018 23:01:00 515 0

Bacılar partini bəzədilər  brilyant qaşlı don  FOTO

Məşhur supermodellər, britaniyalı Bella və Cici Hədid bacıları İtaliyanın Milan şəhərindəki Yuksək Moda Həftəsi çərçivəsində "Versace" brendinin təşkil etdiyi partiyə qatılıblar.

Son.az Fashion-a istinadən bildirir ki, 20 yaşlı Bella və 22 yaşlı Cici partinin ulduzları idilər. Xüsusilə də Bella Hədidin əynindəki mini ətəkli, dekolteli, brilyant qaşlarla bəzədilmiş qara rəngli don diqqət çəkib.

"Versace"nin sahibəsi Donatella Versaçinin təşkil etdiyi gecənin qonaqları arasında Klaudia Şiffer, Helen Kristiensen, Sindi Krouford, Naomi Kempbell, Doutsen Kres, Kendis Sueynpul, Monako şahzadəsi Şarlin, Marisa Pelleqrini və "Formula-1" pilotu Lüis Hemilton da vardı.