Sürücülük vəsiqəsini necə əldə etmək olar?


Digərləri 04 Fev 2018 23:05:00 302 0

Sürücülük vəsiqəsini necə əldə etmək olar?

Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır.

Son.az avtosfer.az-a istinadən bildirir ki, beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50 km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tramvayları idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.

Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız "A1", "A" və "B" kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) müvafiq formada tibbi arayış;