Suriyada 2 türk əsgəri şəhid olub


Dünya 04 Fev 2018 23:06:00 403 0

Suriyada 2 türk əsgəri şəhid olub

Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

"Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.