ƏhliBeyt davamçıları son nəfəslərində kimləri görərlər?


Digərləri 04 Fev 2018 22:45:00 369 0

ƏhliBeyt davamçıları son nəfəslərində kimləri görərlər?

Nəql edilir ki, bir dəstə İmam Sadiqin (ə) xidmətində idilər. Söhbət Əhli-Beyt (ə) davamçılarından düşdü. İmam Sadiq (ə) buyurdu:"Bizim davamçılarımız ömürlərinin sonunda elə şeyləri görürlər ki, gözləri o şeyləri görməklə aydın olur və şad olurlar".

Orada olanlardan biri soruşur: "Hansı şeyi görərlər?",

Son.az deyerler.org-a istinadən bildirir ki, bu sualı bir neçə dəfə təkrar edir, ancaq İmam (ə) hər dəfəsində buyurur: "Görərlər".

Nəhayət İmam (ə) həmin sual verən şəxsi yanına çağırır və buyurur: "Sanki nə gördüklərini bilmək üçün təkid edirsən?".

O, dedi: "Bəli". Sonra ağladı.

İmam (ə) onun halına diqqət etdi və buyurdu: "O, iki nəfəri görər".

Həmin adam yenə soruşur: "Hansı iki nəfəri?"

İmam (ə) buyurur: "Peyğəmbəri (s) və İmam Əlini (ə). Elə bir mömin yoxdur ki, məgər o halda ki, ömrünün son anında bu iki böyük insanı görər, ona müjdə verərlər. Bu mövzunu Allah Quranda bəyan etmişdir.

Orada olanlar soruşurlar: "Allah hansı surədə buyurmuşdur?".