Bakı küçələrindən birinə Milli Qəhrəman Aqarunovun


Digərləri 04 Fev 2018 22:36:00 267 0

Bakı küçələrindən birinə Milli Qəhrəman Aqarunovun

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdiriləcək.

Son.az oxu.az-a istinadən bildirir ki,bunun bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb.

Sərəncama əsasən Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri icra hakimiyyətinə müraciət etmişdi.

Xatırladaq ki, Albert Aqarunov Yəhudi əsilli Azərbaycan milli qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Albert 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub.

1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.