Oğrunu hidayət edən və malı qaytarmağa məcbur edən nə oldu?


Digərləri 04 Fev 2018 22:15:00 395 0

Oğrunu hidayət edən və malı qaytarmağa məcbur edən nə oldu?

Ustad Ənsariyanın xatirələrindən: "Şirazda idim və əlimə bir məktub gəlib çatdı ki, orada yazılmışdı: "Mən institutun rektoruyam. Sizin xidmətinizə gəlmək istəyirəm".

Xəbər verdim ki, evimə gəlsin. O, qardaşı ilə gəldi və dedi: "Qardaşım İngiltərədə unuversitet qurtarmışdır. Çətinliyi vardır və sizdən həll yolunu istəyir".

O, dedi: "Hacıağa! Mən İngiltərədə bir ingilis qızı ilə tanış olmuşam. Evinə gedib-gəlirdim. Biz evlənmək istəyirdik. Ona müsəlman olmağı təklif etdim və o da razı olub qəbul etdi. Evləndik və ali məktəbi bitirib, vətənə qayıtdım. Mən universitetdə dərs deməyə başladım.

Təsadüfü olaraq üç və dörd dəfə həyat yoldaşımın məktubunu gördüm və onlardan bəlli oldu ki, anqlikan kilsəsinə təvəssül edir və o, Londona geri qayıtmaq istəyir. Onunla bu haqda danışdım və mənə etiraf etdi ki, müsəlman olmağının əsil səbəbi mənimlə evlənmək olmuşdur. Ancaq o, Londona qayıtmaq istəyir.

Mən etiraz etdim, ancaq bir gün gizli şəkildə Londona qayıtdı. İki qızım vardır ki, birinin 10 və o birisinin 12 yaşı vardır. Çox narahatam".

Cavabında ona dedim: "Hər bir halda belə bir insanın o uşaqların anası olmasına haqqı yoxdur. Çünki dindən dönmüş və kafir olmuşdur. Yaxşı olar ki, onunla əlaqəni kəsəsən. Allah ondan da yaxşısını sənə nəsib edəcəkdir".

Allahın Qurandakı kəlamını misal gətirərək, ona söz verdim.

Bir il keçdi və onu Ərəfat səhrasında gördüm. Məni qucaqlayıb öpdü və ağladı. Dedi: "O qadınla əlaqəmi kəsəndən sonra doktorluğu olan bir alim xanımla evləndim. O, çox mənəvi insandır, gecə namazı əhlidir. Biz hər həftə evimizdə "Kumeyl" məclisi təşkil edirik. O əyyamda sizin sözləriniz və minbərlərdəki xütbələriniz mənə müsbət təsir göstərmişdi".

Digər hadisə: "Bir gün müharibədə yaralanmış bir əsgəri ziyarət etmək üçün xəstəxanaya getmişdim. Xəstənin başı üstündə dayanmışdım. Bir oğlan salondan keçirdi və o, məni gördü. Otağa daxil oldu və salam verdikdən sonra, məndən soruşdu: "Sizin maşınınız vardırmı?".

Dedim: "Xeyr".