Kiprdə prezident seçkiləri başa çatıb


Dünya 04 Fev 2018 21:47:00 340 0

Kiprdə prezident seçkiləri başa çatıb

Kiprdə keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə yerli vaxtla saat 18-də yekunlaşıb.

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı "DİSİ" partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu "AKEL" partiyasının nümayəndəsi Stavros Malas keçib.

Seçkilərin nəticələri saat 19:30-da məlum olacaq.