İngiltərədə qocalar evində yanğın: 1 ölü, 6 yaralı


Dünya 04 Fev 2018 21:09:00 292 0

İngiltərədə qocalar evində yanğın: 1 ölü, 6 yaralı

İngiltərənin Stivenic şəhərində qocalar evində yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə zamanı binada 41 nəfər olub. Yanğının səbəbləri hələ ki, məlum deyil.