İnsanın dəyəri nədədir?


Digərləri 04 Fev 2018 21:15:00 329 0

İnsanın dəyəri nədədir?

Əllamə Cəfərinin xatirələrindən: "Danimarkada dünyanın cəmiyyətşünasları toplamışdılar və mühüm mövzular barədə bəhs edirdilər. Əsas mövzu bu idi: "İnsanın həqiqi dəyəri nədədir?".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu dünyada olan hər bir şeyin dəyəri vardır: qızılın öz dəyəri vardır, gümüşün öz dəyəri. Benzinin və bu kiminin dəyəri onun keyfiyyətindən asılıdır.

Bəs insanın dəyəri nədədir?

Hər bir mütəxəssis öz nəzərini söylədi və onu misallarla isbat etməyə çalışdı.

O zaman ki, növbə mənə gəlib çatdı, mən dedim: "Əgər bir insanın dəyərinin nə qədər olduğunu bilmək istəyirsinizsə, baxın görün nəyə əlaqəsi vardır. Hansı şeyə sevgisi vardır.

Hər kimin sevgisi ikimərtəbəli ev olar - əslində dəyəri də elə o qədərdir.

Hər kim maşını sevər - dəyəri də o qədər olar.