Qış ayında yaz havası: bunu fürsət bilənlər


Digərləri 04 Fev 2018 20:37:00 327 0

Qış ayında yaz havası: bunu fürsət bilənlər

Fevral ayı başlayandan əsl yaz havası müşahidə olunur. Havanın isti keçməsi və üstəlik həftə sonu olduğundan insanlar küçələrə, parklara axın ediblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, havanın isti keçməsini fürsət bilənlər parklara axışıblar. Ən çox fəvvarələr meydanında insan sıxlığı müşahidə olunub. İlk baxışdan əsl yaz ab-havası müşahidə olunur. Cavanlar bir tərəfdə mahnı oxyur, digər tərəfdə isə xatirələrini bölüşürlər. Qış fəslini yaşasaq da, paytaxt Bakı yenə turistlərin diqqət obyektindədir. İnsanların sözlərinə görə, hava bir neçə gündür isti keçsə də, həftəsonu daha çox vaxtları olur. Buna baxmayaraq qarı arzulayanlar da var. Qeyd edək ki, sabaha külək proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək.


Xəbərə aid video