Azərbaycanda biabırçı həkim səhlənkarlığı


Digərləri 04 Fev 2018 20:29:00 338 0

Azərbaycanda biabırçı həkim səhlənkarlığı

Sabirabadda tragikomik hadisə baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb. Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb. Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.

Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov isə tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini istisna etməyib: "Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş verisə, görək hansı tibb bacısının növbəsində olub". Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.


Xəbərə aid video