Kişinin kinli və laqeyd olmaması üçün hansı dua oxunmalıdır?


Digərləri 04 Fev 2018 20:20:00 295 0

Kişinin kinli və laqeyd olmaması üçün hansı dua oxunmalıdır?

Bunun üçün Quran və Sünnədə xüsusi bir dua yoxdur. Ancaq ailədə belə halların baş verməməsi və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır. Ailə üzvlərinin Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinmələri vacibdir.

Son.az zikr.az-a istinadən bildirir ki, Allaha şərik qoşmamaq, hər məsələdə yalnız Ona təvəkkül etmək, namaz, oruc kimi ibadətlər etmək, evdə azan verib camaat namazı qılmaq, Quran səsləndirmək və şeytanı uzaqlaşdırmaq üçün Allahı çox zikr etmək lazımdır. Bir ailədə Allaha itaət nə qədər çox olarsa, münaqişələr, kin-küdurət, paxıllıq, həsəd, eqoistlik və s. o qədər az olar. Kişi öz qadının haqlarına riayət etməli, onun maddi və mənəvi ehtiyaclarını təmin etməyə çalışmalı, ailə həyatının tələblərini yerinə yetirməli, malından ona xərcləməli, onun namusunu qorumalı, eyibini açmamalı, başqalarının yanında onu alçaltmamalı, onunla məsləhətləşməli, dini öyrənərək ona öyrətməli, onunla maraqlanmalı və s. məsələlərə diqqət etməlidir. Qadın da günah olmayan işlərdə ərinə itaət etməli, onun malını və sirrini qorumalı, uşaqlarını tərbiyə etməli, əri üçün bəzənməli və s. məsələlərə diqqət etməlidir. Ailə üzvləri başa düşməlidirlər ki, bunlara riayət etmək tək ailədə xoşbəxtlik əldə etmək üçün yox, həmçinin Allahın mərhəmətini və Cənnəti qazanmaq üçün də bir vasitədir.