Fransiz xanimlardan gözəl qocalmaq dərsi


Digərləri 04 Fev 2018 20:05:00 332 0

Fransiz xanimlardan gözəl qocalmaq dərsi

Yaşı 50-ni haqlayan fransız xanımların gözəlliyi və zərifliyi, sadəcə heyrət doğurur. Heç kimdən çəkinmədən dizdən yuxarı yubka geyinir və çox gözəl görünürlər. Onları dərilərinin ideal olmadığı da narahat etmir. Fransız xanımların zərif üslubu turistləri də heyran edir. Çünki fransız xanımları qocalmaqdan qorxmur və istənilən yaşda özünü çox rahat hiss edirlər. Bu yazının əsas qəhrəmanları da elə fransız qadınlarıdır.

Son.az publika.az-a istinadən oxucuları Rebekka Planterin "Gözəl qocalmaq dərsləri: fransız qadınların sirri" kitabından 10 qızıl qayda ilə tanış edir.

1. Ahıl çağınadək aktiv həyat tərzi

Fransada asudə vaxtı səmərəli keçirmək milli mədəniyyətin tərkib hissəsidir. Odur ki, yaşından asılı olmayaraq, hər fransız yürüşə çıxır, dağlara dırmanır, tennis oynayır, parklarda qaçır, xizəklə sürüşməyi sevir. Üstəlik, bütün bunlar fransız xanımları üçün idman deyil, adi həyat tərzidir. Fransızlar hətta məzuniyyət üçün yer seçəndə də passiv istirahət deyil, daim hərəkət imkanı yaradan məkanlara üz tuturlar. Amerikalılardan fərqli olaraq, onlar özünü idmanla yükləmir. Rebekka kitabda qeyd edib ki, istənilən ağır idman qadın sağlamlığı üçün təhlükəlidir.

2. Yumor hissi ən güclü antioksidantdır!

Məşhur fransız sarkazmı xanımlara yaşını və qocalığını drammatikləşdirməməyə kömək edir.

3. Nümunəvi yemək mədəniyyəti

Hamıya məlumdur ki, fransızlar yeməyə düşkündür, lakin amerikalılardan fərqli olaraq, onlarda yemək mədəniyyəti incə və gözəl alınır. Fransızlar, ümumiyyətlə, çox az yeyir, mini-porsiya və şərabla kifayətlənir. Maliyyə imkanları varsa, fransızlar restoran və kafelərdə yaxşı dost əhatəsində yeməyi də çox sevir. Bütün bunlar, əlbəttə ki, ideal bədən ölçülərini qoruyub saxlamağa kömək edir. Jurnalistin sözlərinə görə, 20 və 40 yaş arasında fransız xanımlarının çəkisində kəskin fərq müşahidə edilmir.

4. Fransızlar yaşlandıqca özünə məhdudiyyət qoymur!

Rebekka yazır ki, fransız analar uşaqlarını ana südü ilə bəsləyir. Uşaqlar böyüyüb daha az diqqət tələb edəndə bütün boş vaxtını özünə ayırır: Öz əyləncələrinə daha çox pul xərcləyir, tək səfərə çıxır, daha bahalı paltar alırlar. Fransız qadınları uşağı üçün yaxşı oyun cihazları əvəzinə, özünə bir cüt bahalı ayaqqabı aldığına görə 40 il vicdan əzabı çəkmir. Hətta onların fikrincə, bunu yeganə düzgün tərbiyə üsulu hesab etmək olar: get işlə, özün qazan, istədiyini al!

Fransada yaşlı xanımların oturub nəvələrinə baxması da müsbət hal kimi qiymətləndirilmir. Orada heç kəs nənəni pulsuz işləyən dayə hesab etmir!

5. Əsas meyar: qiymət və keyfiyyət

Fransa sakinləri paltarların keyfiyyətinə çox həssaslıqla yanaşır. Paltarın materialını diqqətlə nəzərdən keçirir, pis tikilən köynəyi və ya kənarlarından əyri-üyrü saplar çıxan jaketi geyinmir, başqalarına da məsləhət görmürlər. Yaşa dolduqca fransız qadınlarının qarderobu kiçilir, əvəzində isə oraya xeyli bahalı və keyfiyyətli paltarlar daxil olur! Orta gəlirli qadınlar belə özünə qiymətli və rahat geyimlər alır. Hər fransız qadının qarderobunda kəşmir palto, ipək köynək, yaxşı ayaqqabı və heç olmasa, bir bahalı çanta tapmaq olar.

Bir azərbaycanlı üçün qızıl-zinət əşyaları ağıllı sərmayə hesab edilirsə, fransız qadın üçün tanınmış moda evinə aid olan çanta və ayaqqabı ağıllı xərcdir.