Tayvanda zəlzələ baş verib


Dünya 04 Fev 2018 19:52:00 250 0

Tayvanda zəlzələ baş verib

Tayvanın şərqində 6,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çin Seysmoloji Mərkəzinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Xualyan bölgəsinin yaxınlığında, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Tsunami təhlükəsi elan edilməyib.