"Manchester City"nin sabiq müdafiəçisi A Seriyasında


İdman 04 Fev 2018 20:00:00 278 0

"Manchester City"nin sabiq müdafiəçisi A Seriyasında

"Manchester City" ilə yolları ayrılandan sonra klubsuz olan Bakari Sanya özünə yeni komanda tapıb. O, karyerasını İtaliyada davam etdirəcək. Goal.az xəbər verir ki, 34 yaşlı futbolçu A Seriyasında mübarizə aparan "Benevento" ilə anlaşıb. Təcrübəli futbolçu 2019-cu lin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalayıb.

"Auxerre" klubunun yetirməsi olan Sanya "Arsenal"ın da şərəfini qoruyub. O, Fransa millisinin heyətində 65 oyun keçirib.