Çin ABŞı "soyuq müharibə təfəkküründən" əl çəkməyə çağırıb


Dünya 04 Fev 2018 19:34:00 334 0

Çin ABŞı "soyuq müharibə təfəkküründən" əl çəkməyə çağırıb

Washington nüvə arsenalını diversifikasiya etmək məqsədilə kiçik nüvə başlıqlı atom bombalarını da arsenalına əlavə etmək niyyətlərini açıqladıqdan sonra Çin ABŞ-ı "Soyuq müharibə təfəkküründən" imtina etməyə çağırıb.

"Dünyanın ən böyük nüvə arsenalına sahib olan ölkə mövcud cərəyanların ziddinə getmək əvəzinə həmin trendə uyğun əməl etmək təşəbbüsünü nümayiş etdirməldir", - Çin Müdafiə Nazirliyi bazar günü bildirib.

ABŞ hərbiyyəsi hesab edir ki, onun nüvə arsenalında hazırda mövcud olan bombalar həddindən artıq böyükdür və bu səbəbdən gücü daha kiçik olan atom bombalarını da arsenalına əlavə etmək istəyir.

Pentaqon yeni nüvə dokttinasını cümə günü açıqlayıb.

Sənəddə qeyd olunub ki, gücü kiçik olan nüvə silahının inkişaf etdirilməsi qeyd olunmuş ABŞ nüvə arsenalının müasir tələblərə cavab verməsini təmin edə bilər.

Söhbət dağıdıcı güvc 20 kilotondan aşağı olan atom bombalarının yaradalmasından gedir.

ABŞ-ın yeni nüvə doktrinası Çin, Rusiya, Şimali Koreya və İranı ABŞ üçün potensial təhlükə kəsb edən ölkələr cərgəsinə aid edib.

Rusiya bu planı pisləyib.