NATO komandanı türk bayrağını endirmək istədi


Dünya 04 Fev 2018 19:23:00 400 0

NATO komandanı türk bayrağını endirmək istədi

Türkiyə ordusuna aid tankın Afrində vurulması nəticəsində şəhid olan Məhəmməd Cahangir Çubukçunun İzmirdə yerləşən ata evinə vətəndaşlar axın edib.

Son.az axar.az-a istinadən bildirir ki, şəhidin evinin hər tərəfində, həmçinin evin qarşısında yerləşən NATO Qərargahının divarlarında türk bayraqları asılıb.

Məlumata görə, qərargahın divarlarına türk bayraqları asılmasına növbədə olan NATO komandanı etiraz edib. Komandan divarlardan bayraq asılmasının qadağan olduğunu bildirərək türk bayraqlarının endirilməsini tələb edib.