Premyer Liqa klubunun 2 futbolçusu mövsümü erkən başa vurdu


İdman 04 Fev 2018 19:18:00 362 0

Premyer Liqa klubunun 2 futbolçusu mövsümü erkən başa vurdu

İngiltərə Premyer Liqasında işləri qaydasında getməyən "Swansea City" daha bir zərbə ilə üzləşib. Goal.az xəbər verir ki, birdən-birə komandanın 2 futbolçusu mövsümün sonuna kimi zədələnib. Bunlar Leroy Fer və Vilfrid Bonidir. Onlar 26-cı turda "Leicester City" ilə oyunda zədələnib. Fer diz bağlarında yaranan problemlərə görə meydanı xərəkdə tərk etməli olmuşdu. Boni isə çarpaz bağlarını qoparıb. Hər iki futbolçu əməliyyat olunacaq.