Adnan Oktar və kediciklərinə acı xəbər:


Digərləri 04 Fev 2018 19:06:00 266 0

Adnan Oktar və kediciklərinə acı xəbər:

Türkiyə parlamentinə təqdim olunan qanunlar paketində Türkiyə Milli Televiziya və Radio Şurasına internetdən yayımlanan televiziyalara lisenziya vermə səlahiyyəti verilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, sözügedən qanun ilə internetdən yayım həyata keçirən televiziya kanallarının lisenziya müraciətini dəyərləndirəcək və analoq televiziya kanallarında olduğu kimi lisenziyalarını ləğv edə biləcək.

İddialara görə isə, sözügedən qanun Adnan Hoca kimi tanınmış Adnan Oktarın cəmiyyətdə narazılıqla qarşılanan yayımlarına qarşı hazırlanır. Belə ki, buna qədər video görüntüləri lisenziyalı kanalı olan A9 TV əvəzinə internet TV-sindən yayımlayan Adnan Oktar Türkiyə MTRŞ-ın verəcəyi cəzadan da yayına bilmişdi. Yeni qanun isə bu tipli yayımların Türkiyədə göstərilməsinin qarşısına keçə biləcək.

Yeni qanuna əsasən, məhkəmə qarşı tərəfi dinləmədən Türkiyə MTRŞ-ın tələbini nəzərə alaraq, bu tip kanalları 24 saat ərzində bağlaya biləcək. Lakin bu qanunun eyni zamanda internetdən yayım həyata keçirən müstəqil yayım quruluşlarına da öz mənfi təsirini göstərəcəyi deyilir.


Xəbərə aid fotolar