Xəstəliyinə görə 10 konserti təxirə düşdü


Digərləri 04 Fev 2018 18:52:18 248 0

Xəstəliyinə görə 10 konserti təxirə düşdü

Məşhur ulduz Ledi Qaqa dünya turunu yarımçıq qoymalı olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə sosial şəbəkədə müğənninin özü yazıb. O, illərdir fibromoloji xəstəliyi (xrobiki ağrı sindromu) olduğunu, bu səbəbdən də Avropadakı on konsertini təxirə salmalı olduğunu qeyd edib: "Dünya turunu və sizləri çox sevirəm. Amma məndən asılı bir şey deyil. London, Mançestr, Sürix, Köln, Stokholm, Kopenhagen, Paris, Berlin Və Rioda yaşayanlar sizlərlə mütləq görüşə gələcəm, sadəcə indi deyil". Təşkilatçılar konsertə bilet alanların 6 fevraldan etibarən pullarını qaytaracaqlarını deyiblər.   Qeyd edək ki, Ledi Qaqanın xəstəliyi, haqqında çəkilən "Gaga: Five Foot Two" sənədli filmindən sonra üzə çıxıb.