Futbolçu əsas heyətə düşmək üçün silaha əl atdı


İdman 04 Fev 2018 18:53:00 347 0

Futbolçu əsas heyətə düşmək üçün silaha əl atdı

Argentina çempionatının aşağı dəstəsində mübarizə aparan "Escuela Presidente Roca" klubunun futbolçusu Sezar Paqani əsas heyətə düşmək üçün inanılmaz üsula əl atıb. Goal.az xəbər verir ki, məşqlərin birində məşqçi Kristian Neyranın başına silah dayayan futbolçu əsas heyətə daxil edilməsini tələb edib. Bundan sonra təcrübəli mütəxəsis istefa verib.

"Artıq 45 ildən çoxdur bu klubda çalışıram. Heç vaxt buna bənzər hadisə ilə üzləşməmişdim" - məşqçi Neyra deyib.

Bu hadisədən sonra məlum olub ki, Paqani daha öncə tanışlarından birindən məşçini təhdid etməyi xahiş edibmiş. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.