RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib FOTO


Digərləri 04 Fev 2018 18:38:16 277 0

RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib  FOTO

Fevralın 4-də Dünya Xərçəng Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçlığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə Bakı və Gəncə şəhərlərində maarifləndirici aksiya keçirilib.

Dünyada geniş yayılmış xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilən bu beynəlxalq gün 2000-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.

Maarifləndirmə tədbirləri Gəncə və Bakı şəhərlərində ticarət mərkəzlərinin ərazilərində və "ASAN xidmət" mərkəzlərində keçirilib.


Xəbərə aid fotolar