Maradona Aqueronun üzünü görmək istəmir


İdman 04 Fev 2018 18:36:00 280 0

Maradona Aqueronun üzünü görmək istəmir

Futbol əfsanəsi Diyeqo Maradona "Manchester City"nin hücumçusu Serxio Aqueronu görmək istəmir. Maradonanın agenti və vəkili Matias Marla sosial şəbəkədə onun evindəki şəklini paylaşıb. Goal.az xəbər verir ki, bu paylaşımda 1986-cı il dünya çempionunun evindəki bir foto diqqəti çəkib. Bu fotonun sol kənarında "Atletico"nun forması ilə olan Aqueronun oğlu Bencamini tutması görünür. Amma argentinalı forvardın üzü qaralanıb.

Aquero 2008-ci ildə Maradonanın qızı Cianna ilə münasibət qurmuş, 4 ildən sonra isə cütlük ayrılmaq qərarına gəlmişdi.