Maldivdə qarşıdurma


Dünya 04 Fev 2018 17:35:00 297 0

Maldivdə qarşıdurma

Maldivin paytaxtı Maledə dəyənək və qalxanlarla silahlanmış hərbçilər parlament binasını mühasirəyə alıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, hərbçilərə müxalifətin parlament binasına doğru yürüşünün qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, ölkənin Ali Məhkəməsi bu gün keçiriləcək iclasında prezident Abdulla Yaminin hakimiyyətdən kənarlaşdırılması haqqında qərar qəbul edə bilər.