Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı


Kriminal 04 Fev 2018 16:50:00 306 0

Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Neməddin A.özünü bıçaqlayıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında İstanbulun Kasımpaşa məhəlləsində baş verib.

Mənbənin yazdığına görə, o, həyat yoldaşı ilə telefonda danışdıqdan sonra özünü qarnından bıçaqlayıb. Yaxınlıqda yaşayan sakinlər yaralının səsini eşidib köməyə gəliblər. O, təcili yardımla xəstəxanaya çatdırılıb.