Xızıda 9 ədəd partlamamış hərbi sursat açkar edilib
Sosial 04 Fev 2018 16:32:27 296 0
Nəticə etibarilə 375 000 kv.m ərazi yoxlanılıb
ANAMA-dan “Report”a verilən məlumata görə, fevralın 4-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 62 ədəd partlamış-yanmış mərmi qalıqları və 103 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 375 000 kv.m (37.5 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 126 gün ərzində 25 762 ədəd partlamamış hərbi sursat (PHS), 19 827 ədəd partlamış-yanmış sursat qalıqları və 104 385 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 97 589 706 kv.m (9 759 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.