Türk ordusu daha bir dağı ələ keçirdi


Dünya 04 Fev 2018 16:18:00 276 0

Türk ordusu daha bir dağı ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin şimalında Bülbül bölgəsində yerləşən Huruz dağını azad etmək üçün başlatdığı hücum uğurla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi informasiya yayıb.

Huruz dağının alınması ilə Bülbül bölgə mərkəzinin təhlükəsizliyi təmin olunub. Hazırda dağın yaxınlığındakı ərazilər terrorçulardan təmizlənir.