Hesabat: Azərbaycan Böyük Britaniyanın neftqaz proqramının reallaşmasında uğurlu ölkələrdən biridir


Digərləri 04 Fev 2018 16:10:00 289 0

Hesabat: Azərbaycan Böyük Britaniyanın neftqaz proqramının reallaşmasında uğurlu ölkələrdən biridir

2016-2017-ci illərdə Böyük Britaniya hökuməti Azərbaycanda "Oil&Gas High Value Campaign" (HVC) proqramının reallaşdırılması çərçivəsində 1,3 milyard funt sterlinq ayırıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Beynəlxalq Ticarət Departamentinin Azərbaycanda işləmək niyyətində olan şirkətlər üçün nəzərdə tutulmuş "Overseas Business Risk - Azerbaijan" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının ən böyük sahəsidir və bu səbəbdən Böyük Britaniya hökumətinin Beynəlxalq Ticarət Departamentinin diqqətini cəlb edir: "Azərbaycan HVC proqramının reallaşdırıldığı ikinci ölkədir. 2015-ci ilin oktyabrından bu proqramın dəstəklənməsi üçün Beynəlxalq Ticarət Departamenti Azərbaycan İqtisadiyyat Nazirliyi, BP və SOCAR şirkətləri ilə birgə iki ölkə arasında tərəfdaş proqramını icra edir. Tərəfdaş proqramının reallaşdırılması nəticəsində 65 tərəfdaş sazişi imzalamaq mümkün olub".