Ramos: "Barcelona" ilə aramızda bu qədər xal fərqi normal deyil"


İdman 04 Fev 2018 16:09:00 313 0

Ramos: "Barcelona" ilə aramızda bu qədər xal fərqi normal deyil"

İspaniya La Liqasının 22-ci turunda "Levante" ilə 2:2 hesablı bərabərliyə razılaşan "Real Madrid" çempionluq mübarizəsindən bir qədər də uzaq düşüb. Goal.az xəbər verir ki, matçdan sonra Madrid klubunun kapitanı Serxio Ramos Primerada çempionluğa inanmadıqlarını etiraf edib.

"Biz, yəqin ki, işimizin öhdəsindən çox pis gəlirik. "Barcelona" ilə aramızda bu qədər xal fərqi normal deyil. Tam üstünlük qazandığımız oyunlarda çox xallar itirdik. "Real" ən pis mövsümlərindən birini keçirir. Əlimizdə qalan yeganə turnir Çempionlar Liqasıdır. Birliyi qorumaq lazımdır. Təkcə bunun sayəsində nəyəsə nail ola bilərik".