AstaraAstara dəmir yolu nə vaxt istifadəyə veriləcək?


Digərləri 04 Fev 2018 15:30:00 337 0

AstaraAstara dəmir yolu nə vaxt istifadəyə veriləcək?

Dövlət başçıları Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edəcək

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və  Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Son.az-ın APA-ya istinadən məlumatına görə, bunu  İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.

A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin  Fars körfəzinə  birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki  danışıqlar aparılıb".