İkardinin transferində "Real"a rəqib çıxdı


İdman 04 Fev 2018 13:32:00 312 0

İkardinin transferində "Real"a rəqib çıxdı

"İnter"in argentinalı hücumçusu Mauro İkardinin transferində "Real"a rəqib ortaya çıxıb. Goal.az xəbər verir ki, "Manchester United" də 24 yaşlı forvardı heyətinə cəlb etməyə çalışacaq. "Real" İkardinin Kərim Benzemanın mövqeyinə əvəzləyici kimi görür. Fransalı futbolçunun isə PSG-yə satılması nəzərdən keçirilir. "Manikunianlar" isə ön xəttdə argentinalı ulduzun sürəti və texnikasından yararlanmaq arzusundadır. İkardinin buraxılış qiyməti 110 milyon avro təşkil edir. "Real" və "Manchester United" bu məbləği ödəmək iqtidarındadır.