Əfqanıstanda onlarla yaraqlı məhv edildi


Dünya 04 Fev 2018 13:23:00 282 0

Əfqanıstanda onlarla yaraqlı məhv edildi

Ötən gün ərzində Əfqanıstan ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində ən azı 100 yaraqlı öldürülüb.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziriyə istinadla məlumat yayıb.

Əməliyyatların Faryab, Qəndəhar, Qəzni, Nangarhar, Vardak və Logar əyalətlərində keçirildiyi bildirilir.Bundan əlavə, əməliyyatlar zamanı yaraqlılara məxsus silah-sursatın müsadirə edildiyi qeyd olunub.