Bakıda faciəvi hadisə: 28 yaşlı qız prospektin ortasında öldü


Digərləri 04 Fev 2018 13:16:34 290 0

Bakıda faciəvi hadisə: 28 yaşlı qız prospektin ortasında öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, dünən saat 18:30 radələrində Nizami rayonu ərazisində - Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib. Hadisə şahidləri bildiriblər ki, piyadanı "Fiat Doblo" markalı avtomobil vurub. Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.